Əlil arabasından qalxaraq meydana qaçdı – VİDEO
Bizi izləyin

İdman

Əlil arabasından qalxaraq meydana qaçdı – VİDEO

Əlil arabasından qalxaraq meydana qaçdı – VİDEO

Dünya çempionatının 1/8 final mərhələsində keçirilən Belçika - ABŞ matçında (2:1) meydana azarkeş daxil olmuşdu.

Buna görə də qarşılaşmada bir neçə dəqiqə fasilə verilmişdi. Publika.az xəbər veriri ki, meydana daxil olan italyan azarkeş Mario Ferri arenaya əlil arabasında daxil olub.

O, əlillər üçün ayrılmış yerdə oturub və meydana da burdan rahat şəkildə daxil ola bilib. Onun köynəyində “evi olmayan uşaqları xilas edin” və “Çiro yaşayır” yazılmışdı.

Azarkeş bununla İtaliya kuboku çərçivəsində keçirilən “Napoli”-“Fiorentino” görüşündən əvvəl güllələnmiş “Roma” fanatını yad edib.

Qeyd edək ki, bu azarkeş 2010-cu ildə keçirilən dünya çempionatında da meydana girməyi bacarmışdı. Həmin vaxt Mario İspaniya ilə Almaniya arasında keçirilən yarımfinal qarşılaşmasında meydana daxil olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm