
Futzal üzrə UEFA Kubokunun ilk iki
mərhələsinin püşkü atılıb.
Publika.az-ın məlumatına görə, "Araz Naxçıvan"ın
azad olduğu mərhələlərdə İngiltərənin "Baku United" klubu mübarizə
aparacaq.
Bakının adını daşıyan komanda mübarizəyə təsnifat
mərhələsindən başlayacaq. B qrupunda çıxış edəcək "Baku United"
Bosniya və Hersoqovinanın "Sentar", İsveçin "Malmö" və
Cəbəllütarikin "Skorpions" klubları ilə
qarşılaşacaq.
İngiltərə çempionu mərhələ adlasa 5-ci qrupda
mübarizə aparacaq. Bu qrupda "Baku United"lə yanaşı, Serbiyanın
"Ekonomaç", İtaliyanın "Luparense" və Yunanıstanın "Afina 90"
klubları yer alıb.
Qeyd edək ki, "Araz Naxçıvan" (Azərbaycan),
"Barselona" (İspaniya), "Kayrat" (Qazaxıstan) və "Sportinq"
(Portuqaliya) mübarizəyə elit-raunddan başlayacaq.
Təsnifat mərhələsi (26-31 avqust)
A: “Hovokubo” (Hollandiya), “Eden Futzal”
(İralandiya)*, “İstanbul Universitesi” (Türkiyə), “Rekshem”
(Uels)
B: “Baku Yunayted” (İngiltərə), “Sarajevo”
(Bosniya və Hersoqovina)*, “Malmö” (İsveç), “Skorpions”
(Cəbəllütariq)
C: “İlves” (Finlandiya), “Rekord” (Polşa)*, “Pert
Saltires” (Şotlandiya), “Lokomotivas” (Litva)
D: APOEL (Kipr)*, “Ştutqart” (Almaniya), “Anji”
(Estoniya), “Flyamurtari” (Albaniya)
E: “Stolitsa” (Belarus), “Encamp” (Andorra),
“Şvats” (Avstriya)*, “Talqriq” (Ermənistan)
F: “Alumnus” (Xirvatiya)*, “Kopenhagen”
(Danimarka), “Baltsan” (Malta)
G: “Jelezareç” (Makedoniya), “Asa Ben Qurion”
(İsrail), “Aqama” (Monteneqro)*
H: “Qrand Pro” (Bolqarıstan)*, “Bulle” (İsveçrə),
“Proqress” (Moldova)
Əsas mərhələ (30 sentyabr–5
oktyabr)
1: “Xrudim” (Çexiya)*, “Sportinq” (Fransa), E və G
qruplarının qalibləri
2: “İberiya” (Gürcüstan), “Nikars” (Latviya)*, C
və H qruplarının qalibləri
3: “Dina” (Rusiya)*, “Lokomotiv” (Ukrayna), “Deva”
(Rumıniya), F qrupunun qalibi
4: “İnter” (İspaniya), “Şarlerua” (Belçika),
“Kobarid” (Sloveniya)*, A qrupunun qalibi
5: “Ekonomak” (Serbiya)*, “Luparense” (İtaliya),
“Atina-90” (Yunanıstan), B qrupunun qalibi
6: “Slov-Matik” (Slovakiya), “Berettjujfalu”
(Macarıstan)*, “Veqakameraten” (Norveç), D qrupunun
qalibi