"İnter" Moldovadan qələbə ilə qayıdır
Bizi izləyin

İdman

"İnter" Moldovadan qələbə ilə qayıdır

Avropa Liqasının ilk təsnifat mərhələsində Bakının "İnter" futbol klubu səfərdə Moldova təmsilçisi "Tiraspol"la qarşılaşıb.

Publika.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən görüş təmsilçimizin 3-2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 8-ci dəqiqədə Baçana Tskhadadze, 10-cu dəqiqədə Elvin Məmmədov, 70-ci dəqiqədə isə "Traspol" klubunun oyunçusu Andrey Novikov özü qapısından keçirib. Rəqibin qollarına isə matçın 78-ci dəqiqəsində Andrey Novikov, 88-ci dəqiqədə Georgi Karaneyçev imza atıb.

Qeyd edək ki, Avropa Liqasında mübarizə aparan digər təmsilçimiz "Qəbələ" klubu isə doğma meydanda Bosniya-Hersoqovina komandası "Şiroki-Briyeq"ə 0-2 məğlub olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm