Bu gün “vətəndaş müharibəsi” olacaq
Bizi izləyin

İdman

Bu gün “vətəndaş müharibəsi” olacaq

Bu gün “vətəndaş müharibəsi” olacaq

Braziliyada keçirilən dünya çempionatı finiş xəttinə yaxınlaşır.

Publika.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinə start veriləcək. Bu gün keçiriləcək qarşılaşmalarda eyni qitənin təmsilçiləri üz-üzə gələcəklər.

Öncə meydana Fransa və Almaniya çıxacaq. Təbii ki, bu komandaların qarşılaşmasına maraq böyükdür. Çütlükdə favoriti müəyyənləşdirmək də olduqca çətindir. Komandalar indiyə qədər 25 dəfə üz-üzə gəliblər. 11 görüşdə Fransa, 8 qarşılaşmada isə Almaniya qalib gəlib. 6 oyun isə bərabərliklə yekunlaşıb. Topların fərqində isə Almaniya üstün durumdadır – 41-42.

Meydan sahibi Braziliya ilə Kolumbiyanın görüşü də gərgin mübarizə vəd edir.Bu komandalar da indiyə qədər 25 dəfə qarşılaşıblar. Bu görüşlərdə Braziliyanın üstünlüyü var. “Sambaçılar” 15 oyunda meydandan qalib ayrılıb və cəmisi 2 dəfə məğlub olublar. 8 oyun heç-heçə başa satıb. Top fərqində də Braziliyanın əzici üstünlüyü var – 55-11.

1/4 final

21.00 Fransa – Almaniya

Hakim: Nestor Pitaniya (Argentina)

Rio de Janeyro. “Marakana” stadionu.

01.00 Braziliya – Kolumbiya

Hakim: Ka4rlos Velasko Karbalyo (İspaniya)

Fortaleza. “Estadio Kastelao” stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm