Doğum tarixinə görə qovuldu
Bizi izləyin

İdman

Doğum tarixinə görə qovuldu

Doğum tarixinə görə qovuldu

“Lids”in yeni sahibi Massimo Çellino verdiyi qəribə qərarla hər kəsi təəccübləndirib.

Publika.az xəbər verir ki, italyan biznesmen “Lids”in qapıçısı Paddi Kennini doğum tarixinə görə komandadan qovub. Qapıçı mayın 17-də dünyaya gəlib. İtaliyada isə 17 rəqəmi uğursuz hesab olunur. Massimo Çellini inanırmış ki, 17 mayda doğulan qapıçı mütləq komandaya uğursuzluq gətirəcək.

Mövhumatçı biznesmen hələ “Kalyari”inin sahibi olarkən də bu tip addımlar atıb. O, stadionun 17 saylı oturacaqlarının hamısını dəyişərək 16-b etmək göstərişi vermişdi.

Hazırda İngilətərənin Peşəkar Futbolçular Assosiasiyası məsələni araşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm