• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Bir nömrəli tennisçi hamilə qalıb

  • İdman
  • 4 İyul 2014 21:19
  • 337 Baxış
Bir nömrəli tennisçi hamilə qalıb

Qadın tennisinin bir nömrəsi Serena Uilyamsın zəif çıxışının səbəbi müəyyənləşib.

ANS PRESS-in məlumatına görə, amerikalı ulduzun hamilə olduğu iddia edilib.

İndiyədək 17 "Qrand Slam" qazanmış Serena "Uimbledon" turnirində fransız Alize Kornetə 1:2 hesabı ilə yenilərək mübarizəni 3-cü turda dayandırmışdı.

İddialara görə, zəif çıxışın səbəbi Uilyamsın hamilə olmasıdır. Bu iddiaları onun oyun zamanı tez-tez qarnını tutması daha da gücləndirib. Uşağın atası isə həm sevgilisi, həm də məşqçisi olan Patrik Mouratogloudur.

İddialar doğrulsa, 33 yaşlı tennisçi kortlara vida etməli olacaq. Mütəxəssislərin fikrincə, Serena yaşı səbəbindən yenidən tennisə dönə bilməyəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR