İdman
Atletlər kəndində 13 bina inşa edilib
Azərbaycan möhtəşəm bir yarışmaya, ilk dəfə
Bakıda keçirilməsi planlaşdırılan Avropa oyunlarına
hazırlaşır.
ANS TV-nin məlumatina görə, 2015-ci il Avropa
Olimpiya Oyunlarının keçiriləcəyi Atletlər kəndi, ümumilikdə 382
min 397 kvadratmetr sahəni əhatə edir. Atletlər kəndi Avropa
Oyunlarının keçiriləcəyi əsas idman komplekslərinə - Olimpiya
Stadionuna, Su İdmanı Növləri Mərkəzinə, Gimnastika Kompleksinə
yaxın ərazidə yerləşir. 13 yaşayış binası, yardımçı binalardan
ibarət kompleksdə 2 - 3 və 4 otaqlı olmaqla, ümumilikdə 1161 mənzil
var.
Ərazidə inşa edilən 1100 şagird yerlik yeni məktəb
binasında isə hazırda Bakı Avropa Oyunları Koordinasiya Komitəsi
çalışır. Təşkilatçılar idmançılar üçün hər cür şəraitin
yaradıldığını deyirlər.
Atletlər kəndinin direktoru Donna Taylorun
sözlərinə görə, burada olimpiya standartlarından da yüksək şərait
yaradılb: “Hər 2 atlet bir vanna otağından istifadə edəcək.
Ümumilikdə, mənzildə olan otaqların sayı qədər vanna otağı var.
Oyunlarda iştirak edəcək qadınlar da unudulmayıb və onlar üçün
kosmetoloji xidmətlər də göstəriləcək. Mərkəzdə kənd plaza deyilən
bir ərazi olacaq ki, orada idmançılar istirahət edə biləcək və
kafelər fəaliyyət göstərəcək. Eyni anda 2500 insanın yemək yeyə
biləcəyi böyük yeməkxana da var”.
Gələn ilin yayında baş tutacaq oyunlarda 6000-dən
çox atletin iştirak edəcəyi gözlənilir. Atletlər kəndində nümayəndə
heyətlərinin üzvləri də yerləşdiriləcək. Ümumilikdə, atletlər
kəndində 9 min nəfərin yerləşdirilməsi
planlaşdırılır.
Avropa oyunlarının açılış və bağlanış
mərasimlərinin keçiriləcəyi Bakı Olimpiya Stadionunda hazırda
tikinti işləri davam edir. Stadionun 2015-ci ilin fevralında təhvil
veriləcəyi gözlənilir. Ümumilikdə Avropa oyunlarında yarışlar 19
idman növü üzrə olacaq. Hazırda yarışların keçiriləcəyi məkanların
hazırlanması prosesi davam edir.
Bunun üçün 4 obyekt tikilir, 5-sı isə artıq
istismara hazırdır. 11 müvəqqəti istismar üçün nəzərdə tutlmuş
obyekt isə oyunlara az qalmış quraşdırılacaq. Bakıda isə tarixdə
ilk dəfə keçiriləcək Avropa oyunlarının geri sayımına start
verilib. Oyunlara 343 gün qalıb.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...