“Xəzər Lənkəran” imzaladı
Bizi izləyin

İdman

“Xəzər Lənkəran” imzaladı

“Xəzər Lənkəran” imzaladı

"Xəzər Lənkəran" braziliyalı müdafiəçi Uilyam Tyeqo de Jesusla münasibətləri rəsmilşdirib. Publika.az xəbər verir ki, karyerasına "Serqipe" klubunda başlayan Tyeqo, 2007-ci ildə məşhur "Qremio"nun heyətinə cəlb olunub.

"Qremio" ilə Braziliya A Seriyası və Libertadores kubokunda çıxış etmiş futbolçu, bu klubda olduğu müddət ərzində 50-dən çox oyunda forma geyinib.

Bir mövsüm Yaponiyanın "Kyoto Sanqa" klubunda forma geyindikdən sonra müdafiəçi ölkəsinin "Bahia" və "Seara" klublarında da oynayıb.

2013-cü ilin əvvəlində isə Tyeqo "Fiqeyrense" ilə anlaşıb. Bu komandanın aparıcı üzvünə çevrilən 27 yaşlı arxa xətt oyunçusu təqvim ili ərzində 40-dan çox oyunda əvəz olunmadan meydanda olub.

"Xəzər Lənkəran"la Tyeqo de Jesus arasında növbəti mövsümün sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm