Peledən sonra o bacardı
Bizi izləyin

İdman

Peledən sonra o bacardı

Peledən sonra o bacardı

Kolumbiya millisinin hücumçusu Hames Rodriges dünya çempionatında unikal nəticəyə imza atıb.

Publika.az xəbər verir ki, Rodriges Pelenin uğurunu təkrarlayıb.

Kolumbiya millisinin hücumçusu dünya çempionatında 6 qol vurub. Rodriges Peledən sonra bir dünya çempionatında 6 qol vuran 23 yaşa qədər ilk futbolçu olub. Dünya çempionatında bu qədər qol vurmuş digər futbolçular daha yaşlı olublar.

Qeyd edək ki, Pele 6 qolu 1958-ci ildə keçirilən dünya çempionatında vurub. Həmin vaxt onun 17 yaşı olub. Pele qollardan ikisini final görüşündə vurub.

Onu da xatırladaq ki, 2002-ci ildən bəri dünya çempionatlarında 6 qol vuran olmamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm