“Onu əvvəldən ovlamaq istəyirdilər”
Bizi izləyin

İdman

“Onu əvvəldən ovlamaq istəyirdilər”

“Onu əvvəldən ovlamaq istəyirdilər”

Kolumbiya ilə oyunda meydanı xərəkdə tərk edən Braziliya millisinin lideri Neymarın zədəsi ciddidir.

Publika.az xəbər verir ki, həkimlər futbolçuya üçüncü bel fəqərə sınığı diaqnozu qoyublar. Neymar üçün dünya çempionatı artıq başa çatıb.

Futbolçunun zədələnməsi Braziliyanın baş məşqçisi Skolarini də özündən çıxarıb. Skolariyə ən çox təsir edən amil Neymarı zədələyən futbolçuya heç sarı vərəqənin də göstərilməməsi olub:

“Hər oyundan sonra deyirdim ki, Neymarı ovlamaq istəyirlər. Neymarın zədələndiyi epizodda hakim heç sarı vərəqə də göstərmədi. Ancaq hakim sarı vərəqəni Tiaqo Silvaya göstərdi və yarımfinal görüşü ərəfəsində onu cəzalı duruma saldı.

Yarımfinal üçün heyətimiz bir neçə gündən sonra bilinəcək. Buna futbolçuların necə bərpa olunacağından sonra aydınlıq gələcək. Qərar qəbul etməzdən əvvəl futbolçuların durumuna bələd olmalıyam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm