• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bu gecə Amerika Avropa ilə toqquşur

  • İdman
  • 5 İyul 2014 11:12
  • 509 Baxış
Bu gecə Amerika Avropa ilə toqquşur

Braziliyada keçirilən dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinə yekun vurulacaq. Bu mərhələnin son 2 qarşılaşmasında Amerika-Avropa qarşıdurması yaşanacaq.

Günün ilk oyununda Argentina Belçika ilə üz-üzə gələcək. Cütün favoriti Argentina sayılsa da, Belçikanın da qələbə şansının olduğunu proqnozlaşdıranlar yetərincədi. Argentinanın hələ də istənilən oyun tempini tuta bilməməsi Belçikanın işinə yaraya bilər. Belçikanın baş məşqçisi Mark Villmots da iddialı danışıb:

“Bizə qarşı təkcə Messi yox, Argentina yığması mübarizə aparacaq. İsveçrə Argentinaya qarşı necə oynamaq lazım gəldiyini hamıya göstərdi”.

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradonanı da yığmanın aşağı oyun keyfiyyəti narahat edir:

“Biz bu mundialda potensialımızın 40 faizini göstərmişik. Bundan qat-qat yaxşı oynamalıyıq. Əks halda Belçika ilə oyunda uğursuzluq qaçılmaz olacaq”.

Komandalar indiyə qədər 4 dəfə qarşılaşıblar. 3 oyunda Argentina, 1 qarşılaşmada isə Belçika qalib gəlib. Topların fərqində də Argentina üstnüdü: 10-4.

1/4 final mərhələsinin son qarşılaşmasında Hollandiya ilə Kosta Rika üz-üzə gələcək. Hollandiya turnirin sürpriz komandası olan Kosta Rika önündə aşkar favorit hesab olunur. Məhz elə bu məqam onların işinə yaraya bilər. İtaliya, Uruqvay da Kosta Rika ilə oyunda aşkar favorit sayılırdı. Ancaq meydanı məğlub tərk etdilər. Hollandiya bu amili nəzərə almalı, rəqibə ciddi yanaşmalıdır.

Hollandiyanın lideri Aryen Robben də bu məqamı qabardıb:

“Oyuna çox ciddi hazırlaşmalıyıq. Yoxsa bizi də İtaliya, Uruqvay və İngiltərənin aqibəti gözləyə bilər”.

Turnirdə cəmisi 2 qol buraxan Kosta Rikanın baş məşqçisi Xorxe Luis Pinto isə bildirib ki, bu qarşılaşmada komandasının müdafiə xəttinin əsl gücü bilinəcək.

Bu komandalar indiyə qədər qarşılaşmayıblar.

1/4 final

21.00 Argentina – Belçika

Hakim: Nikola Ritsoli (İtaliya)

Brazilia. Milli stadion.

01.00 Hollandiya – Kosta Rika

Hakim: Ravşan İmratov (Özbəkistan)

Salvador. “Arena Fonte Nove”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR