Əfsanəvi futbolçu elmlər doktoru oldu
Bizi izləyin

İdman

Əfsanəvi futbolçu elmlər doktoru oldu

Əfsanəvi futbolçu elmlər doktoru oldu

“Mançester Yunayted”in keçmiş futbolçusu Rayan Giqz elmlər doktoru dərəcəsi alıb.

Publika.az xəbər verir ki, Bolton universiteti uelsli futbolçuya bu dərəcəni idmanın inkişafına verdiyi töhfəyə görə layiq bilib.

Giqz 2007-ci ildə Britaniya İmperiyasının zabiti ordeninə də layiq görülmüşdü. Ötən il isə Solforda universiteti keçmiş futbolçuya magistr dərəcəsi vermişdi.

40 yaşlı Giqz kareyarsını bu ilin may ayında bitirib. “Mançester Yunayted”in heyətində 963 oyuna çıxan əfsanə, 13 dəfə İngiltərə çempionluğunu, 5 dəfə ölkə kubokunu, 2 dəfə Çempionlar Kubokunu qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm