“Qalatasaray”da qalmaqal
Bizi izləyin

İdman

“Qalatasaray”da qalmaqal

“Qalatasaray”ın düşərgəsində əhval-ruhiyyə yaxşı deyil.

Publika.az xəbər verir ki, Sabri baş məşqçi Mançinidən inciyib.

"Qalatasaray"ın kapitanı "Mövsümün sonunda məşqçi məni komandasında görmək istəməyə bilər.

Bu qərara hörmət edərəm" deyəndən sonra, "Qazientepspor"la oyunda kapitan sarğısını taxmaqdan imtina edib. Onun əvəzinə bu sarğının ikinci kapitan Selçuk İnanda olması diqqət çəkib.

Deyilənə görə, Sabri Ziraat Türkiyə kubokunda meydana daxil olmadığı üçün məşqçiyə qarşı əsəbi olub və bir daha o sarğını taxmaq istəmədiyini deyib.

Oyundan əvvəl Selçuk İnan Sabrini qərarından vaz keçməyə çağırsa da, bu cəhdlər fayda verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm