Prezidentin oğlu azarkeşlərlə dalaşdı
Bizi izləyin

İdman

Prezidentin oğlu azarkeşlərlə dalaşdı

Rio-de-Janeyro şəhərində restoranlardan birində Braziliya və Kolumbiya yığmalarının azarkeşləri arasında dava düşüb.

ANS PRESS-in məlumatına görə, kütləvi davada Kolumbiya prezidentinin oğlu Martin Santos, tanınmış aktyor və jurnalistlər də iştirak edib.

Davanın hansı səbəbdən baş verdiyi dəqiq bilinmir. Lakin deyilənə görə, restoranda Braziliya-Kolumbiya oyununu izləməyə gələn braziliyalı azarkeşlər prezidentin oğluna və onun dostlarına söz atıb. Nəticədə tərəflər mübahisə etməyə başlayıb, daha sonra dava düşüb.

Restoran sahibi polis çağırıb. Polis dava edənləri bölməyə aparıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm