Hollandiya Argentinaya rəqib oldu
Bizi izləyin

İdman

Hollandiya Argentinaya rəqib oldu

Braziliyada keçirilən DÇ-2014-də son yarımfinalçının adına aydınlıq gətirilib.

Publika.az-ın məlumatına görə, mundialın favoritlərindən olan Hollandiya hələ məğlubiyyəti dadmayan Kosta-Rika ilə qarşılaşıb.

Tarixlərində ilk dəfə məhz bu mundialda üz-üzə gələn tərəflər çətin oyun keçirib. Oyunun əsas vaxtında hesab açılmayıb və əlavə yarım saat da artırılıb. Lakin həmin vaxt ərzində də tərəflər fərqlənə bilməyiblər. Daha sonra oyunun taleyini həll etmək penaltilərə qalıb. Kosta-Rika bundan əvvəl isə Yunanıstanla oyunda penaltiyə qalmış və mübarizədən qalib çıxmışdı. Bu dəfə isə onların bəxti gətirməyib.

Qeyd edək ki, Hollandiya Argentina ilə yarımfinalda görüşəcək.

Hollandiya - Kosta-Rika: 4-3

Kosta-Rika: + - + +
Hollandiya: + + + +

Dəqiq vurulan penaltilər: Borges (Kosta-Rika), Robin van Persi, Aryen Robben (Hollandiya), Qonzales (Kosta-Rika), Uesli Sneyder (Hollandiya), Bolanos (Kosta-Rika)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm