Tuyqun Nadirov həbs olunan azarkeşləri günahkar çıxartdı
Bizi izləyin

İdman

Tuyqun Nadirov həbs olunan azarkeşləri günahkar çıxartdı

Tuyqun Nadirov həbs olunan azarkeşləri günahkar çıxartdı

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov futbolinfo.az saytına verdiyi müsahibədə avqustun 25-də Lənkəranda keçirilən “Böyük oyun”da həbs olunan azarkeşlərlə bağlı danışıb.

Publika.az xəbər verir ki, vitse-prezident həbs olunan azarkeş Elman Tağıyevin (Eliko) ictimaiyyətə ünvanladığı məktubla bağlı fikirlərini bildirib. O, dolayısı ilə həbs olunan azarkeşləri günahkar çıxardıb: “O azarkeşlərlə bağlı həm şəxsi mövqeyimi, həm də klubun mövqeyini bildirmişəm.

Bilmirəm o məktubu kim yazıb və ya kimsə kiminsə adından yazıb. Mən bildiyimə görə içəridə internet yoxdu. Yəqin ki, əl ilə yazıb göndərib. Amma bizim “Xəzər Lənkəran” klubuna o azarkeşlər adından bir dənə də olsun məktub gəlməyib.

Amma biz klub olaraq məhkəməyə nümayəndə də göndəririk, onların ailələri ilə də maraqlanırıq. Bir neçə valideynlə söhbət etmişik. Azarkeşlərin durumları ilə də maraqlanırıq. Sağlamlıqları ilə, vəziyyətləri ilə. Məktub mənim üçün sürpriz oldu.

Əgər kimsə onu yazırdısa, klubun ünvanına göndərə bilərdi. Çıxıb populist çıxışlar etmək, gündəmə gətirmək, klub rəhbərini pisləmək mənə nəsə qəribə gəldi. Bu daha çox nəyəsə xidmət etməyə bənzəyir. Amma biz o azarkeşlərlə maraqlanırıq və maraqlanacağıq da.

Məhkəməyə nümayəndəmizi də göndərəcəyik. Biz qanuna təsir edə bilmərik. Qanun hamı üçün qanundu. Mən də sabah qanuna zidd iş görsəm, cəzamı çəkəcəm. Azərbaycan qanunvericiliyi qarşısında biz hamımız eyni hüquqlu şəxslərik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm