Elias Lənkərana gəlməkdən imtina etdi
Bizi izləyin

İdman

Elias Lənkərana gəlməkdən imtina etdi

Elias Lənkərana gəlməkdən imtina etdi

"Xəzər Lənkəran"ın transfer etmək istədiyi futbolçu Lənkərana gəlməyəcək. Publika.az-ın məlumatına görə, braziliyalı futbolçu "Xəzər Lənkəran"ın ona təklif etdiyi yüksək şərtlərə "yox" deyib.

Tam adı Elias Ribeyro de Oliveyra olan 31 yaşlı hücumameylli yarımmüdafiəçinin meneceri ondan gizli "Xəzər Lənkəran"la danışıqlar aparıb.

Futbolçunun özü ilə əlaqə saxlayan cənub klubunun rəsmiləri onun təklif etdiyi şərtlərlə razı olduqlarını bildiriblər. Lakin Eliasın cavabı "yox"dan başqa bir şey olmayıb.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a verdiyi açıqlamada məlumatı təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm