Onu türklər istəyir, “Bakı” buraxmır
Bizi izləyin

İdman

Onu türklər istəyir, “Bakı” buraxmır

Onu türklər istəyir, “Bakı” buraxmır

"Bakı"nın və Azərbaycan millisinin yarımmüdafiəçisi Əfran İsmayılov karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Publika.az xəbər verir ki, Super Liqa klublarından biri Əfrana rəsmi təklif göndərib.

Hazırda futbolçunun meneceri də bu işlə bağlı danışıqlar aparır. Lakin "Bakı"nın Əfranın transfer vərəqini verməməsi işləri qəlizləşdirir. Futbolçu “Bakı”nın ona olan 200 min dollara yaxın borcunu da istəmir, təki "Bakı" transfer vərəqini versin.

Lakin hələ ki, "zolaqlılar"ın rəhbəri futbolçunun transfer vərəqəni vermir. Yaxın günlərdə məsələ müsbət həllini tapsa, Əfran transfer vərəqsini alıb birbaşa Türkiyəyə gedəcək və rəsmi müqaviləyə imza atacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm