Qiyməti 80 milyona qalxdı
Bizi izləyin

İdman

Qiyməti 80 milyona qalxdı

Qiyməti 80 milyona qalxdı

Fransanın “Monako” klubu dünya çempionatında 6 qol vuran kolumbiyalı hücumçu Xames Rodrigesin satış qiymətini açıqlayıb.

Publika.az xəbər verir ki, knyazlıq klubu Rodriges üçün 80 milyon avro tələb edir.

Futbolçunu Madridin “Real” klubu transfer etmək istəyir. “Monako” Rodrigesin əvəzinə “Real”ın futbolçu verəcəyi təqdirdə qiymətdə güzəşt edə bilər.

Belə ki, “Monako” Dieqo Lopes, Fabiu Koentrau, Karlos Kasemiro və Alvaro Morataya maraq göstərir.

Qeyd edək ki, “Monako” Rodrigesi ötən ilin yayında “Portu”dan 45 milyon avroya almışdı. Dünya çempionatında parlaq oyun göstərən futbolçunun transfer qiyməti yetərincə artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm