• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Diniyev Braziliyanı finalda görmür

  • İdman
  • 7 İyul 2014 14:20
  • 409 Baxış
Diniyev Braziliyanı finalda görmür

Braziliyada keçirilən dünya çempionatında yarımfinalçılar məlumdur.

DÇ-nin yarımfinalında Hollandiya, Argentina, Braziliya, Almaniya mübarizə aparacaq.

Mundial necə yadda qaldı, hansı komanda təəccübləndirdi, hansı təəssüfləndirdi? Bu komandaların yarımfinalda olması ədalətlidirmi? Bu sualları milli komandamızın keçmiş baş məşqçsi Şahin Diniyev cavablandırdı. Publika.az-a danışan mütəxəssis ədalətli çempionatın keçdiyini bildirdi:

“Deyərdim ki, bu, ən ədalətli çempionat oldu. Çünki komandaların hamısı ədalətli şəkildə öz yerini tutdu. Bir sözlə, hər komanda göstərdikləri oyuna layiq də nəticə qazandı. Təsadüfi heç nə olmadı.

İlk gündən bir komandanın azarkeşi olmuşam, birinin də mütəxəssis kimi oyununa aşiq olmuşam. Azarkeşi olduğum komanda Argentinadır. Amma oyun üslubuna görə Almaniya bir mütəxəssis olaraq məndə başqa bir təəssürat yaratdı”.

Diniyev uğursuz çıxışla onu təəccübləndirən komandalardan da danışdı:

“İtaliya, İspaniya, İngiltərə, Portuqaliya kimi komandalar azarkeşlərini təəssüfləndirdi. Ancaq hər şey qanunauyğun şəkildə idi. İspaniyanın zəif çıxışının səbəbi “Barselona” və “Real”ın futbolçularının böyük təzyiq altında olmaları ilə bağlıdır.

İngiltərədə təcrübəlilərlə gənclərin vəhdətini qurmaq mümkün olmadı. Portuqaliyada isə ulduzlar yığını var idi, amma kollektiv yox idi, məşqçi işi yox idi, hərə özü üçün oynayırdı”.

Şahin Diniyev Braziliyanın oyununa da rəy bildirdi:

“Braziliyanın bura qədər gəlib çıxmasında bəxt, azarkeş, hakim amili olub. Braziliya millisi həmişə güc və yaradıcı oyunun hesabına irəli gedirdi. Braziliyanı finalda görmürəm. Bu oyunla onların çempion ola biləcəyini düşünmürəm”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR