Braziliya vətəndaşları bu ölkədə keçiriləcək Dünya
Çempionatı ilə bağlı etirazlarını davam etdirirlər.
Publika.Az xəbər verir ki, bu dəfə
Braziliyanın Sao Paulo şəhərində çempionatın keçirilməsi üçün
ayrılan büdcənin çoxluğundan şikayətlənən minlərlə adam etiraz
nümayişi keçirib.
Nümayişçilər üzərində “Dünya çempionatına gəlməyin” yazılmış
plakatlarla şəhər mərkəzinə daxil olublar.
Bir qrup fəalın təhlükəsizlik işçilərinə hücum etməsindən və
ətrafdakı mağazaların vitrinlərini qırmasından sonra polis kütləyə
plastik güllə və gözyaşardıcı qazla müdaxilə edib.
Etirazlar zamanı 100-dən çox adamın həbs edildiyi
bildirilir.
Aygün İlqarqızı