“Neftçi”nin rəqibləri ilə bağlı şok iddia
Bizi izləyin

İdman

“Neftçi”nin rəqibləri ilə bağlı şok iddia

“Neftçi”nin rəqibləri ilə bağlı şok iddia

"Neftçi" birbaşa Avropa Liqasının III təsnifat mərhələsinə çıxa bilər.

Publika.az xəbər verir ki, buna səbəb “Çelik” (Çernoqoriya) - "Koper" (Sloveniya) matçının danışılmış oyunlar sırasına düşməsi olub.

Belə ki, I təsnifat mərhələsi çərçivəsində keçirilən və sloveniyalıların 5:0 hesabı ilə qalib gəldiyi matçla bağlı müəyyən şübhələr var. Şübhələrə əsas yaradan “Koper”in rəqibin qapısına asanlıqla 5 cavabsız qol vurmasıdı. Həmçinin, buraxılan ilk qolda “Çelik”in qapıçısının hərəkətləri diqqət çəkib.

Artıq UEFA oyunla bağlı araşdırmalara başlayıb. Şübhələr təsdiqlənsə, hər iki komanda Avropa Liqasından kənarlaşdırılacaq və "Neftçi" birbaşa III təsnifat mərhələsinə adlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm