• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Nurgün Motors”un sahibi Nuru Əliyev Bayramovu bitirdi

  • İdman
  • 8 İyul 2014 12:34
  • 5 059 Baxış
“Nurgün Motors”un sahibi Nuru Əliyev Bayramovu bitirdi

“Rəvan” klubunun qapıçısı Kamal Bayramovun komandada ciddi problemlərlə üzləşdiyi barədə məlumat vermişdik. (http://publika.az/site/p/28388)

Xatırladaq ki, Bayramov müsahibəsində “Rəvan”dakı qeyri-peşəkar idarəçilikdən, maliyyə problemlərindən, vergidən yayınmadan, ikili mühasibatlıqdan danışmışdı. Türkiyənin “Girəsunspor” komandasından təklif alan qapıçının transferinin qarşısını “Rəvan” rəhbərliyi bürokratik əngəllər törədərək alıb.

Futbolçu bildirmişdi ki, “Rəvan”ın sponsoru, “Nurgün Motors” şirkətlər qrupunun sahibi Nuru Əliyevin qəbuluna yazılıb və onunla görüşüb problemlərini həll etməyə çalışacaq.

Publika.az xəbər verir ki, Kamal Bayramova Nuru Əliyevlə görüşməyə imkan verməyiblər. Bu barədə məlumatı futbolçu özü sosial şəbəkədə paylaşıb:

“Nuru Əliyevin qəbuluna da yazıldım, bir xəbər çıxmadı, özü ilə görüşə buraxılmadım”.

Kamal Bayramov bu münasibətdən bezərək karyerasını bitiridiyini bildirib:

“Mən idman karyerama son qoyuram. Çox təəssüf ki, buna heç bir zədəm, ağrım olmadan, oynadığım klub səbəb oldu. Səhər saat 11:00-dan klubun ofisinin qabağında rəhbərliklə görüşümüzü gözlədim. Görüş saat 17:00-da baş tutdu, oturduq danışdıq.

Onlara dedim məni klubda istəyirsinizsə bu il mənə olan borcunuzu bağlayın və danışdığımız kimi müqaviləmiz davam etsin.

Əks halda məni buraxın gedim özümə komanda tapım. Hər iki xahişim yerə salındı. Biz bir idmançının yüksəlməsini istəyirik, yoxsa məhv etmək? Bunu başa düşmək üçün universitet qurtarmaq lazım deyil. İnsanlar vəzifələrindən sui-istifadə etməməlidilər. Mənim də ailəm var, 3 aydır maaş almırıq, ailəmizi nə ilə saxlamalıyıq?

Kimə xahiş etmədim, kimə deyilmədi ki, mənə kömək edin. Mən sadə bir insanam. Mənim sözlərimi saymırlar. Psixoloji gərginlik keçirirəm. Heç kəsə əlim çatmır”.

Futbolçunun bu statusuna tanınmış idman adamları şərhlər yazaraq Nuru Əliyevi ittiham ediblər. "Rəvan" fiziki hazırlıq üzrə keçmiş məşqçisi Hindal Gündüz də məsələyə biganə qalmayıb:

“Öncə səni oynatmayıb, getməyini istəyənlər, pulunu kəsib Lukası göylərə qaldıranlar indi utanmadan, sıxılmadan sənin önündə maneə yaradır. Getməyinə icazə vermirlər. Ayıbdır, günahdır”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR