Dünya çempionu kim olacaq? - Cindar Həsənin proqnozu
Bizi izləyin

İdman

Dünya çempionu kim olacaq? - Cindar Həsənin proqnozu

Dünya çempionu kim olacaq? - Cindar Həsənin proqnozu

Braziliyada keçirlən dünya çempionatı ilə bağlı az qala hər kəs proqnoz verir.

Publika.az “dünya çempionu kim olacaq” sualını Cindar Həsənə də verib. Cindar Həsən futbolla maraqlanmadığını, heç bir komanda və futbolçunu tanımadığını bildirsə də, dünya çempionunun kim olacağı ilə bağlı müəyyən işarə verib:

“Futbolla maraqlanmıram. Çempionatdakı heç bir komanda və ya futbolçunun adını bilmirəm. Amma hiss edirəm ki, çempionatın qalib komandasının adında “A” və “G” hərfləri var”.

Qeyd edək ki, DÇ-nin yarımfinalında Hollandiya, Argentina, Braziliya, Almaniya mübarizə aparacaq. Bu komandalardan isə yalnız Argentinanın adında həmin hərflər var.

Məlumat üçün bildirək ki, cindar Həsənin geniş müsahibəsi sabah Publika.az-da yayımlanacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm