İsa Qəmbər də "Argentina" dedi
Bizi izləyin

İdman

İsa Qəmbər də "Argentina" dedi

İsa Qəmbər də Argentina dedi

Müsavat Partiyasının başqanı İsa Qəmbər dünya çempionatının bundan sonrakı mərhələsi ilə bağlı proqnoz verib.

Publika.az xəbər verir ki, partiya rəhbəri bunu "Facebook"da yazıb.

Müsavat başqanı hesab edir ki, 2014-cü ilin dünya çempionu Argentina olacaq:

“Braziliya və Argentina komandalarının finalda qarşılaşacağını düşünürəm. Braziliyanın heyətində Neymar kimi önəmli futbolçunun iştirak etməyəcəyini nəzərə alsaq, Argentinanın çempion olacağını yəqin etmək olar.

Avropadan olan komandalar daha çox çempionluq qeyd edib. Bu dəfə, yəqin ki, Braziliya - Argentina finalını izləyərik”.

Qeyd edək ki, cindar Həsən də Publika.az-a verdiyi açıqlamada Argentinanın çempion olacağını demişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm