40 ölkə 400 nəfərlik “ordu” ilə Azərbaycana gəlir
Bizi izləyin

İdman

40 ölkə 400 nəfərlik “ordu” ilə Azərbaycana gəlir

40 ölkə 400-nəfərlik “ordu” ilə Azərbaycana gəlir

İyulun 25-27-də Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq.

Publika.az xəbər verir ki, sayca 7-ci dəfə keçiriləcək yarışda dünyanın 40-a yaxın ölkəsindən 400-ə qədər idmançının iştirakı gözlənilir.

Azərbaycan Güləş Federasiyası yarışın hazırlıqlarını davam etdirir. Təşkilat Komitəsinin üzvləri müəyyənləşib və Tədbirlər Planına uyğun olaraq işlərin icrasına start verilib.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək turnir 3 gün davam edəcək .

Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. İyulun 26-da qadın, 27-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm