Prezident xalqa təsəlli verdi - FOTO
Bizi izləyin

İdman

Prezident xalqa təsəlli verdi - FOTO

Prezident xalqa təsəlli verdi - FOTO

Dünya çempionatının yarımfinalında Almaniyaya 1:7 hesabı ilə məğlub olan Braziliyada sözün əsl mənasında matəmdir.

Bütün ölkə psixoloji gərginlik altındadır. Publika.az xəbər verir ki, vəziyyətin dramatikliyini nəzərə alan Braziliya prezidenti Dilma Russef xalqa müraciət edib. Prezident sosial şəbəkədə yaydığı müraciətdə Braziliya xalqına təsəlli verib:

“Mən də bütün braziliyalılar kimi bu məğlubiyyətdən pərişan olmuşam. Mən hər kəsin hansı hisslər keçirdiyini başa düşürəm – azarkeşləri də, futbolçuları da.

Ancaq gəlin bu məğlubiyyəti özümüzə dərd etməyək. Braziliya qalxacaq, toz çəkiləcək və irəliləyəcək”.

Qeyd edək ki, Braziliya iyulun 12-də 3-cü yer uğrunda oyunda Argentina – Hollandiya cütündə məğlub olan komanda ilə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm