• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Messi və dostları Amerikanı xilas edə biləcək?

  • İdman
  • 9 İyul 2014 11:45
  • 597 Baxış
Messi və dostları Amerikanı xilas edə biləcək?

Braziliyada keçirilən dünya çempionatında bu gün 2-ci finalçı da bəlli olacaq.

Publika.az xəbər verir ki, son yarımfinal qarşılaşmasında Argentina Hollandiya ilə üz-üzə gələcək.

Hollandiyanın yarımfinala qədər irəliləməsində baş məşçi Lui van Qalın əməyi danılmazdı. Bəzi qarşılaşmalarda məhz onun vaxtında etdiyi əvəzləmələr oyunun taleyini həll etdi.

Argentina isə sözsüz ki, Messiyə minnətdar olmalıdır. Ancaq bu görüşdə oyunun taleyini fərdlər yox, kollektiv mübarizənin həll edəcəyi də şübhəsizdi. Hollandiya qalib gələcəyi təqdirdə Braziliyada Avropa finalı izləniləcək. Messi və dostları Hollandiya ilə oyunda təkcə Argentinanın yox, həm də qitənin nüfuzu üçün mübarizə aparacaqlar.

Komandaların şəxsi görüşlərində hollandiyalılarım üstünlüyü var. İndiyə qədər 8 dəfə qarşılaşan komandalardan Hollandiya 4, Argentina 1 oyunda qələbə qazanıb, 3 qarşılaşma heç-heçə başa çatıb. Topların fərqində də Hollandiya üstündü – 13-6.

Yarımfinal

01.00 Hollandiya – Argentina

Hakim: Cüneyt Çakır (Türkiyə)

San Paulu. “Arena de San Paulu” satdionu.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR