Nazim Süleymanov bu oyunu səbirsizliklə gözləyir
Bizi izləyin

İdman

Nazim Süleymanov bu oyunu səbirsizliklə gözləyir

Nazim Süleymanov bu oyunu səbirsizliklə gözləyir

Dünya çempionatı davam edir. Dünən yarımfinalın ilk oyununda Almaniyaya 1:7 hesabı ilə məğlub olan Braziliya sözün əsl mənasında bütün dünyanı şoka saldı.

Mundialın ikinci finalçısı bu gün Hollandiya - Argentina qarşılaşmasından sonra bəlli olacaq.

Bu dəfə dünya çempionatı ilə bağlı Azərbaycan futbolunun tanınmış siması Nazim Süleymanovun fikirlərini öyrəndik. Publika.az-a danışan mütəxəssis bugünkü matçı səbirsizliklə gözlədiyini bildirdi:

“Çempionatın sürpriz komandası Kosta-Rika oldu. Kosta-Rikanın bu cür oyununu heç kim gözləmirdi. Bundan başqa, Meksika, Kolumbiya, Çili kimi komandalar var idi ki, gözəl oyun sərgiləyirdi. Dünən heç kimin gözləmədiyi bir halda almanlar Braziliyaya dərs keçdi. Heç kim deyə bilməzdi ki, oyun 7:1 hesabı ilə bitəcək. Müdafiədə belə boşluqlar buraxmaq olmazdı.

Bu nəticəni sırf Neymarın yoxluğu ilə də əlaqələndirmək olmaz. Çünki belə bir turnirdə hər şey tək bir oyunçudan asılı deyil. Mən deməzdim ki, Neymar olmadığı üçün belə faciə yaşandı.

Çempionatda Rusiyaya azarkeşlik edirdim. Təəssüflər olsun ki, Rusiya qrupda qaldı. Argentinanın da çempion olmaq şansı çoxdur. Hollandlar da mükəmməl oyun nümayiş etdirir. Bu gün çətin görüş olacaq. Bu oyunu səbirsizliklə gözləyirəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm