• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Respublika birinciliyinin final mərhələsi başlayıb - FOTO

  • İdman
  • 9 İyul 2014 16:44
  • 613 Baxış
Respublika birinciliyinin final mərhələsi başlayıb - FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) təşkil etdiyi yanğın-xilasetmə idmanı üzrə Respublika birinciliyinin final mərhələsinə start verilib.

FHN-in mətbuat xidmətindən Publika.az-a verilən mləumata görə, Neftayırma Müəssisələri üzrə Yanğın Mühafizə Dəstəsinin İdman bazasında keçirilən final mərhələsində 16 komandadan 128 idmançı iştirak edir.

Qeyd edilib ki, Respublika birinciliyinin zonalar üzrə keçirilmiş birinci mərhələsində 6 zona üzrə 49 komanda 392 idmançı ilə təmsil olunub. Bu yarışların qalibləri - Mingəçevir, Şirvan, Gəncə şəhər Dövlət Yanğından Mühafizə idarələri və İsmayıllı, Tovuz, Cəlilabad rayon Dövlət Yanğından Mühafizə hissələrinin komandaları final mərhələsinə vəsiqə qazanıblar.

Bundan başqa, Səbail, Nəsimi, Xətai Binəqədi, Sabunçu və Nərimanov Dövlət Yanğından Mühafizə hissələrinin komandaları da mayın 22-24-də keçirilmiş Bakı birinciliyinin qalibləri kimi finala çıxıblar. Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 2 komandası, habelə ARDNŞ-nin obyektləri üzrə Yanğın Mühafizə Dəstəsi və Neftayırma Müəssisələri üzrə Yanğın Mühafizə Dəstəsinin komandaları da bu mərhələdə iştirak edirlər.

Final mərhələsi iyulun 11-də başa çatacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR