Azərbaycanda dünya çempionatı keçiriləcək
Bizi izləyin

İdman

Azərbaycanda dünya çempionatı keçiriləcək

2017-ci ildə Azərbaycanda yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı keçiriləcək.

Publika.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, general-mayor Füzuli Əsədov FHN DYMX-nin Bakıda təşkil etdiyi yanğın-xilasetmə idmanı üzrə Respublika birinciliyinin final mərhələsinin açılışında bildirib.

F.Əsədov qeyd edib ki, Azərbaycan 2002-ci ildən 25 ölkənin federasiyalarını birləşdirən Yanğınsöndürən və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının üzvüdür və bu müddətdə respublikamızda 100-dən çox idman ustası və ustalığa namizəd yetişdirilib: "Bu idman növü üzrə dünya çempionatı da 2017-ci ildə Azərbaycanda keçiriləcək. Cari ilin sentyabr ayında Qazaxıstanda keçiriləcək dünya çempionatında FHN DYMX-dən də hakim iştirak edəcək. Hazırda ölkəmizdə bu idman növü üzrə iki beynəlxalq dərəcəli hakim var".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm