• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Hafka” onu buraxdı: “Mənə olan borcunu ona halal edirəm”

  • İdman
  • 9 İyul 2014 17:02
  • 2 542 Baxış
“Hafka” onu buraxdı: “Mənə olan borcunu ona halal edirəm”

“Bakı”dan ayrıldığı deyilən Əfran İsmayılovun "Xəzər Lənkəran"ın düşərgəsinə yollandığı bildirilirdi.

Mətbuatda yayılan məlumatlara görə, futbolçu cənub klubu ilə razılığa gəlib. Onun tək maneəsi “Bakı”nın transfer vərəqəsini verməməsi idi. Nəhayət, futbolçu bu gün transfer vərəqəsini əldə edib. Ə.İsmayılov Publika.az-a açıqlamasında özü bu barədə məlumat verib:

“Türkiyə superliqasında mübarizə aparan klubların birində oynaya bilərəm. Hazırda bunun üzərində işləyirəm. Türkiyənin birinci liqa təmsilçilərindən də təklif almışam. Ancaq aşağı dəstədə oynamaq fikrim yoxdur. Alınsa, superliqada oynayacam. Artıq “Bakı” ilə bir bağlılığım qalmayıb. “Bakı”dan transfer vərəqəmi bu gün aldım.

Seçəcəyim kluba gəldikdə, hazırda bəziləri ilə danışıqlar gedir. İndi adını açıqlamaq istəmirəm. Bu, Türkiyə klubu da ola bilər, yerli klub da. Yaxın zamanda qərarlaşdırıb, mətbuata ətraflı açıqlama verəcəm.

“Bakı”nın mənə xeyli borcu var. Mən onlara demişdim ki, o pulu da onlara halal edirəm, təki məni buraxsınlar, özümə bir klub seçim.

Yenə də vermək istəmirdilər. Amma AFFA-nın əli ilə nəhayət transfer vərəqəmi ala bildim. Borclarını ödəmədilər. Pulu da halal etdim onlara”.

Futbolçu Hafiz Məmmədovla görüşməyə bir neçə dəfə cəhd etsə də, bunun mümkün olmadığını bildirdi:

“Hafiz müəllimlə bir neçə dəfə görüşməyə cəhd etdim, alınmadı. Onun işləri ilə bağlı bu görüş baş tutmurdu. Amma onun biz futbolçularla münasibətləri həmişə yaxşı olub. Həmişə “Bakı” klubu vaxtında bizim pulumuzu ödəyib. Bilmirik, “Bakı” dağılacaq, yoxsa qalacaq. Bizə də bir söz deyən olmurdu. Ortada qalan biz futbolçular idik. Komandalar artıq təlim-məşq toplanışından qayıdır. Bir aydan sonra çempionat başlayır. Özümüzə klub seçməliyik. Türkiyəyə gedə bilməməyimə də bu səbəb oldu. 20 gün öncə təklif gəldi, “1 həftə gözləyin” dedik. Amma bu müddətdə məsələni həll edə, “Bakı”dan transfer vərəqəmi ala bilmədim. İstər-istəməz onların da bizə inamı itdi”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR