
Adətən futbolçu karyerası 33-34 yaşda başa çatır. Amma elə futbolçular da var ki, 40 yaşa qədər top qovurlar.
Təbii ki, bunun üçün işinin əsl peşəkarı olmalı, nizam-intizama, sağlamlığa ciddi riayət etməlisən. Bir sözlə, min cavana dəyməlisən. Hazırda dünya futbolunda bəzi oyunçular var ki, yaşları 40-ı ötsə də, karyeralarını bitirməyə tələsmirlər.
Publika.az yaşıl meydanların ağsaqqallarını təqdim edir:
Rayan Giqqz (40 yaş) - Mançester Yunayted, İngiltərə
Tibor Dombi (40 yaş) - Debretsen, Macarıstan
Xavyer Zanetti (40 yaş) - İnter, İtaliya
Kevin Fillips (40 yaş) - Leyçester, İngiltərə
Dida (40 yaş) - İnternasional, Braziliya
Rojerio Seni (41 yaş) - San Paulo, Braziliya
Rivaldo (41 yaş) - San Kaetano, Braziliya
İan Qudison (41 yaş) - Tranmere, İngiltərə
Tero Taypale (41 yaş) - KuPS, Finlandiya
Bred Friedel (42 yaş) - Tottenhem, İngiltərə
Fərid Mondraqon (42 yaş) - Deportivo Kali, Kolumbiya
Kazu Miura (46 yaş) - Yokohama, Yaponiya