Onu Titi əvəz edəcək?
Bizi izləyin

İdman

Onu Titi əvəz edəcək?

Onu Titi əvəz edəcək?

Dünya çempionatından sonra Braziliya millisinin baş məşqçisi Skolarinin postunu tərk edəcəyi gözlənilir.

Publika.az xəbər verir ki, yarımfinalda Braziliyanın Almaniyaya biabırçı hesabla məğlub olması mütəxəssisi əsas tənqid hədəfinə çevirib.

Braziliya mətbuatı Skolarinin yerinə kimin gələcəyini müzakirə edir. Əsas namizəd kimi isə Atletiko Mineyro” və “Korintians”ın keçmiş baş məşqçisi Adenora Leonardo Bakki göstərilir. O, futbol aləmində daha çox Titi adı ilə tanınır.

Qeyd edək ki, Braziliya Futbol Konfederasiyasının gələcək vitse-prezidenti Delfim Peyşoto Skolarini istefa verməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm