Qızılları Azərbaycana necə daşıdılar?
Bizi izləyin

İdman

Qızılları Azərbaycana necə daşıdılar?

Qızılları Azərbaycana necə daşıdılar?

Ötən ilin yekunlarına əsasən, iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda Azərbaycan güləşçiləri ümumilikdə 92 qızıl, 71 gümüş və 135 bürünc medal qazanıblar.

Publika.az xəbər verir ki, yanvarın 1-dən iyul ayının 1-nə qədər olan müddətdə güləşçilərimiz ümumilikdə 229 medal qazanıblar. Bunların 47-si böyüklərdən, qalanı isə gənc və yeniyetmələrdən ibarət komandalarımızın payına düşür.

Qazanılan medalların 80-nin əyarı qızıl, 59-u gümüş, 90-ı isə bürünc medallardır. Qarşıda ilin hələ 6 ayı var, orta hesablamalara görə, idmançılarımızın qazanacaqları mümkün medalların sayı ötənilki göstəriciləri geridə qoya bilər. Bu o deməkdir ki, 2014-cü ildə uğurların sayının daha çox olacağı gözlənilir.

Bu ilin mayında İranın paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarında millimiz güləş tariximizdə yeni səhifə yazmağı bacarıb. Tarixdə ilk dəfə Dünya Kuboku yarışlarında 3-cü yeri tutaraq, bürünc medala sahib olublar.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm