• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Əfsanəvi idmançımız bu uşağı axtarır - VİDEO

  • İdman
  • 10 İyul 2014 14:39
  • 3 350 Baxış
Əfsanəvi idmançımız bu uşağı axtarır - VİDEO

Azərbaycanlı k-1 ustası Zabit Səmədov azyaşlı bir uşağın axtarışına çıxıb.

Belə ki, “youtube” portalında qum torbası ilə məşq edən azyaşlı kikboksçu hər kəsin, eləcə də Səmədovun diqqətini çəkib. Publika.az xəbər verir ki, azyaşlı idmançının bacarığına heyran qalan k-1 ustası onu yanına gətirmək istəyir. Səmədov uşağın videosunu sosial şəbəkədə paylaşaraq müraciət edib:

“Bu uşağın kimliyi haqda bilənlər varmı? Onu necə tapa bilərik?”

Qeyd edək ki, “youtube”də bu video “Balaca Zabit Səmədov” başlığı ilə paylaşılıb. Bundan əlavə, videoya yazılan rəylərdə bu uşağın ordubadlı olduğu da deyilir. Amma bunun nə dərəcədə doğru olduğunu deyə bilmərik.

Kiçik idmançının məşq zamanı çəkilən videosunu təqdim edirik:

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR