İdman
Mircavadov: “Onları aldatmaq lazımdır”
Braziliyada keçirilən dünya çempionatı sona yaxınlaşır. Artıq mundialın finalçıları məlumdur.
Finalda Almaniya Argentina ilə üz-üzə gələcək. Mundialın final matçı ilə bağlı təcrübəli məşqçi Ağasəlim Mircavadovun fikrini öyrəndik. Publika.az-a danışan Mircavadov final qarşılaşması ilə bağlı dəqiq proqnoz verməyin çətin olduğunu bildirdi:
“Final oyunu ilə bağlı dəqiq heç nə demək olmur. Hər 2 komanda ifrat dərəcədə ehtiyatlı olmağa çalışacaq. 4 il çəkilən əziyyəti finalda bir səhvlə itirmək olmaz. Amma onu deyim ki, komandalar final qarşılaşmasında tam müdafiə futboluna da köklənməyəcəklər. Hücum olacaq.
Final matçında psixoloji cəhətdən üstünlük Almaniyanın tərəfindədəir. Çünki almanlar Braziliyaya möhtəşəm bir hesabla qalib gələrək finala yüksəliblər. Bu, böyük üstünlük, özünəinamdır. Ancaq unutmayaq ki, Argentina güclü komandadır.
Argentinanın az qala hər oyunçusu ulduz sayılır. O komandanın futbolçularının, demək olar ki, hər biri ən güclü komandalarda oynayır. Belə futbolçular bu tip qarşılaşmalarda psixoloji baryeri aşmağı, soyuqqanlı olmağı bacarırlar. Düşünürəm ki, Argentina sakit halda oynayıb, hücum üçün münasib vaxtı gözləyəcək. Almaniya ilə açıq futbol oynamaq olmur. Onları aldatmaq lazımdır”.
Mircavadov heç bir komandaya azarkeşlik etmədiyini bildirdi:
“Mən bu çempionatda heç bir komandaya azarkeşlik etmədim. Məşqçi kimi, sadəcə, gözəl oyuna azarkeşlik edirdim”.
Aygün İlqarqızı
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu