Biabırçılğa dözə bilməyən şagird özünü asdı
Bizi izləyin

İdman

Biabırçılğa dözə bilməyən şagird özünü asdı

Biabırçılğa dözə bilməyən şagird özünü asdı

Mundialın yarımfinalında keçirilən Braziliya – Almaniya (1:7) qarşılaşması bir uşağın ölümünə səbəb olub.

Publika.az xəbər verir ki, Braziliyanın biabırçı hesabla məğlub olmasını qəbul edə bilməyən nepallı azarkeş özünü asaraq intihar edib.

Nepal polisindən verilən açıqlamada bildirilir ki, 10-cu sinif şagirdi Praqya Tapa sevimli komandasının biabırçı məğlubiyyətindən sonra yaşadığı evin tavanından özünü asıb.

15 yaşlı qızın cəsədi paytaxt Katmandudan 400 km şərqdə yerləşən Bharaul kəndindəki evdə tapılıb. Cəsədi qızın anası tapıb.

Hadisə ilə bağlı araşdırmanın aparıldığı bildirilir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm