Millimizin futbolçusu iki Türkiyə klubunu düşmən etdi
Bizi izləyin

İdman

Millimizin futbolçusu iki Türkiyə klubunu düşmən etdi

Millimizin futbolçusu 2 Türkiyə klubunu düşmən etdi

Branimir Subaşiçin "Manisaspor"la anlaşması "Bucaspor"un narazığılına səbəb olub.

Publika.az xəbər verir ki, millimizin sabiq üzvünün son anda qərarını dəyişdirirək Manisaya üz tutması Buca klubunun etirazı ilə qarşılanıb.

"Bucaspor"un prezidenti Hüsnü Kaya "Manisaspor" rəhbərliyini ittiham edib: "Manisaspor" Subaşiçi rəsmən qaçırdı. Bizim anlaşma əldə etdiyimizi bilə-bilə oyunçunu Manisaya dəvət etdilər. Belə qeyri-etik davranışları qəbul etmirik. Biz hər hansı klubun anlaşdığı futbolçuya uzaqdan belə baxmayarkən, "Manisaspor" belə bir addım atdı".

Xəbəri eşidən kimi "Manisaspor"un prezidenti Abdullah Mergenə zəng etdiyini deyən Hüsnü Kaya bu klubla dostluq münasibətlərinə son qoyduqlarını bildirib: "Abdullah Mergen mənə "Subaşiçi almayacağıq" dedi. Amma sonra onunla anlaşdılar. Artıq "Manisaspor"la dostluğumuz qalmayıb. Gözümün içinə baxa-baxa yalan danışırlar".

"Bucaspor"un prezidenti Subaşiçi də tənqid edib: "O, bizimlə razılığa gəlməsinə rəğmən "Manisaspor"a getməklə ayıb etdi. Bizə istedadı ilə yanaşı xarakteri də olan futbolçu lazımdı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm