1 milyard 250 milyon dollarlıq final
Bizi izləyin

İdman

1 milyard 250 milyon dollarlıq final

1 milyard 250 milyon dollarlıq final

Braziliyada keçirilən dünya çempionatı sona yaxınlaşır.

Artıq finalda qarşılaşacaq komandalar bəllidir. Publika.az xəbər verir ki, həlledici qarşılaşmanın iştirakçısı olacaq Almaniya və Argentina millilərinin ümumi dəyəri müəyyənləşib.

"Transfermarkt" saytı iki komandaya ümumilikdə 918 milyon avro (1 milyard 250 milyon dollar) qiymət qoyub. Almaniya millisinin dəyəri 526, Argentina yığmasının dəyəri isə 392 milyon avrodur.

Finalın ən bahalı oyunçusu Lionel Messidi. Argentina millisinin və "Barselona"nın ulduzuna 120 milyon avro qiymət qoyulub. Almaniya yığmasında isə ən dəyərli oyunçu Mario Götze hesab olunur. Onun dəyəri 55 milyon avrodur.

Dünya çempionatının rekordçusu, Braziliya ilə oyunda mundialda 16-cı qolunu vuraraq adını tarixə yazdıran alman Miroslav Klozenin cəmi 1 milyon avro qiyməti var. Argentina millisindən isə Aqustin Oriona eyni qiymət qoyulub.

Almaniya

Mario Götze - 55 milyon avro

Məsut Özil - 50 milyon avro

Tomas Müller - 45 milyon avro

Bastian Şvaynştayger - 40 milyon avro

Toni Kroos - 40 milyon avro

Manuel Neuer - 35 milyon avro

Filip Lam - 30 milyon avro

Julian Draksler - 30 milyon avro

Jerome Boatenq - 28 milyon avro

Mats Hummels - 26 milyon avro

Lukas Podolski - 23 milyon avro

Sami Xedira - 22 milyon avro

Andre Şkürrle - 20 milyon avro

Per Mertesaker - 18 milyon avro

Benedikt Hövedes - 16 milyon avro

Kevin Qrosskreuts - 10 milyon avro

Mattias Ginter - 10 milyon avro

Ron-Robert Zieler - 9,5 milyon avro

Kristof Kramer - 5,5 milyon avro

Roman Veydenfeller - 5 milyon avro

Şkodran Mustafi - 4 milyon avro

Erik Durm - 3 milyon avro

Miroslav Kloze - 1 milyon avro

Argentina

Lionel Messi - 120 milyon avro

Serxio Aquero - 45 milyon avro

Qonzalo Hiquayn - 38 milyon avro

Angel di Maria - 30 milyon avro

Ezekuel Lavezzi - 21 milyon avro

Ezequel Qaray - 20 milyon avro

Pablo Zabaleta - 19 milyon avro

Rikardo Alvarez - 16,5 milyon avro

Xavyer Maskerano - 15 milyon avro

Rodriqo Palasio - 12 milyon avro

Enzo Peres - 11 milyon avro

Lukas Biglia - 8 milyon avro

Markos Rojo - 5,5 milyon avro

Hüqo Kampaqnaro - 4,20 milyon avro

Fernando Qaqo - 4 milyon avro

Auqusto Fernandes - 4 milyon avro

Federiko Fernandes - 4 milyon avro

Mariano Anduxar - 3,80 milyon avro

Jose Maria Basanta - 3,5 milyon avro

Martin Demiçelis - 2,5 milyon avro

Maksi Rodriges - 2 milyon avro

Serxio Romero - 2 milyon avro

Aqustin Orion - 1 milyon avro

Oxumağa davam et
Reklam
Reklam

Gündəm