Onu bağışlamadılar
Bizi izləyin

İdman

Onu bağışlamadılar

Onu bağışlamadılar

FİFA Uruqvay yığmasının futbolçusu Luis Suaresin cəzasını qüvvədə saxlayıb.

Publika.az xəbər verir ki, Uruqvay Futbol Federasiyası Suaresin cəzasının yüngülləşdirilməsi üçün apelyasiya şikayəti vermişdi. FİFA federasiyanın şikayətini rədd edərək, qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, FİFA-nın verdiyi cəzaya görə, Suares millinin 9 görüşündə meydana çıxmamaqla yanaşı, 4 ay futboldan kənarlaşdırılıb. Bu müddət ərzində o, heç bir futbol yarışında iştirak edə, stadiona daxil ola bilməz. Cəza bitənə qədər Suaresə millinin oyunlarını stadiondan izləmək də qadağan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm