“Sınıq 2 sm də aşağıda olsaydı, əlil qalacaqdım”
Bizi izləyin

İdman

“Sınıq 2 sm də aşağıda olsaydı, əlil qalacaqdım”

“Sınıq 2 sm də aşağıda olsaydı, əlil qalacaqdım”

Braziliya millisinin hücumçusu Neymar “AS” qəzetinə açıqlama verib.

Publika.az xəbər verir ki, o, açıqlamasında komandasının bu cür məğlubiyyətini anlamadığını deyib:

“Almaniyaya niyə məğlub olduğumuzu bilmirəm. Mən bu komandanın bir parçasıyam, bunu söyləməkdən utanmıram. Tiaqo Silva, Fred və digər futbolçularla bir komandada oynadığım üçün qürur hissi keçirirəm".

Neymar DÇ-2014-ün finalında Argentina millisinə azarkeşlik edəcəyini də vurğulayıb:

“Argentina millisində mənim “Barselona”dakı komanda yoldaşlarım – Messi və Maskerano oynayır. Ona görə də həmin komandaya dəstək olacam. Əminəm ki, ən azı bu iki futbolçuya görə Argentina dünya çempionluğunu qazanmağa layiqdir.

Suniqa məni zədələdikdən sonra üzr istədi. Amma onurğamdakı sınıq 2 sm də aşağıda olsaydı, əlil arabasına möhtac olacaqdım. Mənim üçün çətin durumdur. Amma indi gəzə bilməyim belə məni sevindirir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm