“Ağ-qaralar”ın “sarı-mavi” rəqibi
Bizi izləyin

İdman

“Ağ-qaralar”ın “sarı-mavi” rəqibi

“Ağ-qaralar”ın “sarı-mavi” rəqibi

"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənəşib.

İki oyunun nəticəsinə görə Çernoqoriya "Çelik"ini 9:0 (5:0, 4:0) yenən Sloveniyanın "Koper" klubu Azərbaycan Kubokunun qalibinə rəqib olub. Publika.az "Koper"lə bağlı məlumatı təqdim edir:

"Koper" Futbol Klubu 1920-ci ildə yaradılıb. 94 yaşlı klubu ev oyunlarını eyniadlı şəhərdəki "Bonifika" stadionunda keçirir. 4047 azarkeş tutumu olan arena 1947-ci ildə istifadəyə verilib, 1986, 1996 və 2010-cu illərdə təmir olunub.

"Koper" Yuqoslaviya dövründə aşağı liqalarda çempionluqlar yaşayıb. Komanda 2009/10 mövsümündə Sloveniyanın güclülər dəstəsində çempion olub. "Koper" 2 dəfə ölkə kubokunu (2005/06, 2006/07) və 1 dəfə Superkubokunu (2010) qazanıb.

"Koper" indiyədək 8 dəfə avrokuboklarda iştirak edib (2 dəfə İntertoto Kuboku, 1 dəfə Çempionlar Liqası, 5 dəfə Avropa Liqası). Komanda Avropadakı yeganə uğurunu İntertoto Kubokunda qazanıb. Belə ki, "Koper" 2003-cü ildə bu turnirdə 4 mərhələ keçib. "Neftçi"nin potensial rəqibi Çempionlar Liqası və Avropa Liqasında mərhələ adlaya bilməyib.

"Koper"ə Rodolfo Vanoli başçılıq edir. İtalyan mütəxəssis 2012-ci ildən komandanın başındadı. O, əvvəllər İsveçrənin "Mendrisio-Stabio", "Luqano", "Bellinzona", İtaliyanın "Udineze", "Olimpia" və "Pordenone" klublarına başçılıq edib.

"Koper"in heyətində Bosniya və Hersoqovinadan 3, İtaliya və Xorvatiyada 1 legioner çıxış edir. Onlar vaxtı ilə ölkələrinin aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib.

"Koper" ötən ay "Qəbələ" ilə yoxlama oyunu keçirib. Sloveniyada baş tutan oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm