Bukmekerlər açıqladı - Mundialın ən yaxşısı seçilir
Bizi izləyin

İdman

Bukmekerlər açıqladı - Mundialın ən yaxşısı seçilir

Bukmekerlər açıqladı - Mundialın ən yaxşısı seçilir

FİFA dünya çempionatının ən yaxşı futbolçusu olmağa 5 namizədin adını açıqlayacaq.

Publika.az xəbər verir ki, ən yaxşı futbolçu finaldan sonra elan ediləcək. 2-ci və 3-cü yeri tutanlar da gümüş və bürünc topa layiq görüləcək. Namizədlərin adı açıqlanmasa da, bukmekerlər siyahı tərtib edərək əmsalları açıqlayıblar.

Lionel Messi (Argentina) - 1.40

21 yaradılan qol vəziyyəti. Mundialda hər kəsdən çox.

Tomas Muller (Almaniya) - 3.00

5 qol - Dünya çempionatında Almaniyanın son 33 qolunun 16-da iştirak edib.

Xames Rodrigez (Kolumbiya) - 5.00

Hər oyunda fərqlənən futbolçu qol + ötürmə sisteminə görə liderdir.

Manuel Noyer (Almaniya) - 6.5

7 seyv - 86.2 faiz zərbəni dəf edib.

Aryen Robben (Hollandiya) - 10.00

Dünya çempionatında ən yüksək sürət - 37 km/saat, 33 təkbaşına keçid, cərimə meydançasına 17 ötürmə edib.

Xavyer Masçerano (Argentina) - 14.00

86.6 faiz dəqiq ötürmə (478). Mundialın ən yüksək göstəricisini qazanıb.

Toni Kroos (Almaniya) - 20.00

16 təhlükə yaradan ötürmə, qol + ötürmə sistemi ilə 2 +3

Neymar (Braziliya) - 50.00

5 matçda 4 qol, cərimə meydançasına 21 giriş.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm