Əsədovdan final matçına proqnoz: “Ən azı 3-4...”
Bizi izləyin

İdman

Əsədovdan final matçına proqnoz: “Ən azı 3-4...”

Əsədovdan final matçına proqnoz: “Ən azı 3-4...”

Braziliyada keçirilən dünya çempionatı sona yaxınlaşır. Artıq mundialın finalçıları məlumdur.

İyulun 13-də - finalda Almaniya Argentina ilə üz-üzə gələcək. Mundialın final matçı ilə bağlı “Neftçi”nin keçmiş baş məşqçisi Arif Əsədovun fikrini öyrəndik. Publika.az-a danışan Əsədov final qarşılaşması ilə bağlı dəqiq proqnoz verməyin çətin olduğunu bildirdi:

“Hər iki komanda finala layiqdi. Çempionatdan əvvəl fikirləşirdim ki, finalda Braziliya ilə Almaniya görüşə bilər. Amma onları yarımfinalda görüşdürdülər. Braziliyanın elə məğlubiyyəti təəccüblü oldu.

4-5 komanda var idi ki, onlar favorit sayılırdı, onlardan da ikisi finalda görüşəcəklər. Mənim favoritim isə Almaniyadır. Çünki onların Braziliya üzərindəki əzmkar qələbəsi də onun çempinluğa ən layiqli namizəd olduğunu göstərir. Yaddan çıxarmayaq ki, Argentinanın da balanslaşmış heyəti, Messi kimi oyunçusu var.

Final matçı elədir ki, burada heç də açıq futbol gözlənilmir. Sadəcə, bu qarşılaşmaya psixoloji baxımdan hazır olmaq lazımdır.

Hardasa, ehtiyatlı bir oyun olacaq. Amma hər iki komanda hücuma meyilli komandadır, düşünürəm ki, maraqlı görüş keçəcək”.

Arif Əsədov bol qollu bir görüş gözlədiyini də vurğuladı:

“Çempionatın, demək olar ki, hər oyununda bol qollar gördük. Düşünürəm ki, bu ənənə davam edəcək. Ən azı 3-4 qol olacaq. Hesab isə, guman ki, 3:2, 2:1 ola bilər”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm