Əfsanəvi məkanda son döyüş
Bizi izləyin

İdman

Əfsanəvi məkanda son döyüş

Bu gün Braziliyada keçirilən dünya çempionatında son akkord vurulacaq.

Publika.az xəbər verir ki, mundialın final qarşılaşmasında azarkeşlər Cənubi Amerika – Avropa qarşıdurmasına şahidlik edəcək. Argentina – Almaniya finalı amansız mübarizə vəd edir. Heyətində Lionel Messi kimi futbolçunun olduğu Argentina millisi Braziliyada müdafiəyəmeyilli futbol sərgilədi.

Almaniya isə əksinə, hücum etməklə yadda qaldı. Almanların hücum potensialı Argentinanın müdafiə xəttini yarmaq üçün yetərli olacaqmı? Almanlar Lionel Messinin qarşısını ala biləcəkmi? Almaniyanın məşqçilər korpusu mətbuata verdiyi açıqlamada bunu üçün xüsusi plan hazırladıqlarını bildiriblər.

Təbii ki, Messi üçün xüsusi plan hazırlanmasından Argentinanın da məşqçilər korpusu xəbərdardır. Belə məqamda onların da planı olmalıdır. Messi zərərsizləşdirilincə, başqa birisi liderlik funksiyasını üzərinə götürməlidir. Argentinada belə bir futbolçu tapılacaq?

Almaniyanın isə liderə ehtiyacı yoxdur. Kollektiv futbol sərgiləyən bu komandada kimin nə edəcəyini əvvəlcədən müəyyənləşdirmək çox çətindir.

Komandalar indiyə qədər 20 dəfə üz-üzə gəliblər. 6 oyunda Almaniya, 9 qarşılaşmada Argentina qalib gəlib. 5 matç bərabərliklə bitib. Vurulan qolların nisbətində isə tarazlıq var – 28-28.

Final

13 iyul

00.00 Almaniya – Argentina

Hakim: Nikola Ritsoli (İtaliya)

Rio de Janeyro. “Marakana” stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm