1856 qərar – 200-ü səhv
Bizi izləyin

İdman

1856 qərar – 200-ü səhv

1856 qərar – 200-ü səhv

FİFA-nın hakimlər komitəsinin sədri Massimo Buzakka ədalət təmsilçilərinin mundialdakı idarəçiliyi ilə bağlı aparılan araşdırmanın nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, hakimlər indiyə qədər keçirilən 62 qarşılaşmada 1856 qərar qəbul ediblər. Bu qərarlardan 200-ü səhv olub:

“Futbol inkişaf edir. Təbii ki, eyni zamanda hakimlik də yerində saymır. Hakimlər də çalışır və inkişaf edirlər. Ancaq unutmayaq ki, futbolçular kimi biz də səhv edə bilərik.

Komitə dünya çempionatında hakimlərin işindən razı qalıb. Əsas odur ki, hakimlər özlərinə qarşı hörmətin olduğunu hiss edirlər. Çempionatdan əvvəl biz komandalarla görüş keçirdik. Göründüyü kimi, o görüşlərin təsiri olub”.

Qeyd edək ki, dünya çempionatı cəmisi 2 oyundan – 3-cü yer və final qarşılaşmalarından sonra yekunlaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm