“Vüqar Həşimov Memorialı” beynəlxalq müstəvidə
Bizi izləyin

İdman

“Vüqar Həşimov Memorialı” beynəlxalq müstəvidə

“Vüqar Həşimov Memorialı” beynəlxalq müstəvidə

İyulun 24-də mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan 12 yaşadək uşaqlar arasında beynəlxalq turnir keçiriləcək.

Publika.az xəbər verir ki, təşkilatçılar “Vüqar Həşimov Memorialı” uşaq turnirinin açılış mərasimini mərhum şahmatçımızın doğum günündə keçirməyi planlaşdırır. İyulun 24-də Vüqarın 28 yaşı tamam olur. Beynəlxalq turnirdə Rusiya, Fransa, Gürcüstan, Türkiyə, İran və digər olkədən iştirakçılar olacaq. Yarışın ilk turu iyulun 25-də start götürəcək. Turnir avqustun 2-də başa çatacaq.

Qeyd edək ki, 100-dən çox yeniyetmənin iştirak edəcəyi “Vüqar Həşimov Memorialı” 9 turdan ibarət olacaq. Qaliblər Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak etmək imkanı qazanacaq.

Qalib şahmatçı Vüqar Həşimov Kubokuna sahib çıxacaq. Gümüş medalçı isə “Baku Open” turnirinə dəvət alacaq. Bürünc mükafatçı “Naxçıvan Open”də iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm