“Heç bir beynəlxalq təzyiqə boyun əyməyəcəyik”
Bizi izləyin

İdman

“Heç bir beynəlxalq təzyiqə boyun əyməyəcəyik”

İsrailin Baş naziri Binyamin Netanyahu İsrailin “qoruyucu xətt” adlandırdığı əməliyyatları heç nəyə baxmayaraq dayandırmayacaqlarını söyləyib.

Axar.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin və bəzi avropalı liderlərlə telefon müzakirələri etdiyini söyləyən Netanyahu Qəzzadan atılan raketlər dayanmayana və İsrail vətəndaşlarının təhlükəsizliyi təmin edilməyənə qədər hücumları davam etdirəcəklərini deyib. O, fikirini qısaca belə ifadə edib: “Heç bir beynəlxalq təzyiqə boyun əyməyəcəyik”.

Həmas qüvvələrini Qəzzadakı sadə vətəndaşların arxasında gizlənməkdə və onlardan insan qalxanı kimi istifadə etməkdə günahlandıran Netanyahu sadə vətəndaşların ölümündə Həmasın məsuliyyət daşıdığını bildirib. İsrailin qəzzalı vətəndaşlara zərər gəlməməsi üçün maksimum səy göstərdiyini iddia edən Netanyahu Həmasın isə İsrailin sadə vətəndaşlarını hədəf aldığını söyləyib.

Xatırladaq ki, bu 4 gün ərzində İsrailin təşkil elədiyi hücumlar nəticəsində Qəzzada 106 adam ölüb, minə yaxın yaralı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm