
"Real” və PSJ klubları Anxel Di Mariyanın keçidi ilə bağlı məsələdə razılığa gəliblər.
Publika.az xəbər verir ki, razılıq klub prezidentlərinin görüşü zamanı baş tutub. PSJ Di Mariyaya görə “Real”a 60 milyon avro ödəyəcək.
Qeyd edək ki, “Mançester Yunayted” də futbolçunu heyətində görmək istəyirdi. Lakin argentinalının özü PSJ-yə keçməyə üstünlük verib.
İddialara görə, “Real” Di Mariyanın satışından əldə edilən pulu Xames Rodrigesin transferinə sərf edəcək.
Aygün İlqarqızı